IQNA

Bəhreyn rejimi Əl-Vefaq Cəmiyyətinin ofislərini ölkədə bağlayır

10:23 - June 15, 2016
Xəbər sayı: 3480553
Tehran, 15.06.2016 - Bəhreyn Ədliyyə nazirinin istəyi ilə bu ölkənin İnzibati Məhkəməsi Əl-Vefaq Cəmiyyətinin ləğvi ,fəaliyyətinin qadağan olunması və ölkə üzrə ofislərinin bağlanmasına qərar qəbul edib.

Bəhreyn rejimi Əl-Vefaq Cəmiyyətinin ofislərini ölkədə bağlayır


IQNA - Bəhreyn İnzibati Məhkəməsi dünən Əl-Vefaq Cəmiyyətinin ləğv, fəaliyyətinin qadağan olunmasına və ofislərinin bağlanmasına dair qərar çıxardıb.

Əl-Vefaq Cəmiyyətinin ləğvi ilə bağlı qərar Ədliyyə nazirinin müraciətindən 2 saat sonra baxılıb və qərar çıxardılıb.

Bəhreynin Əl-Vefaq Cəmiyyəti Bəhreynin ən böyük müxalifətçi Şiə cəmiyyətidir. Əl-Vefaq Cəmiyyəti 2002-ci ildən etibarən xalq kütləsinin istəyi və maddi dəstəyi ilə yaradılmış və elə həmin zamandan da rəsmi fəaliyyətinə başlamışdır. Bəhreyn rejimi Əl-Vefaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı həbs edib. O, əvvəl 4 il müddətinə azadlıqdan məhrum edilsədə sonradan onun həbs müddəti daha 5 il uzaldılılıb.

captcha