Tehran, 29.06.2016 – Səudiyyə Ərəbistanı rejimi aviasiyasının Yəmənin cənubunda yerləşən Adən şəhəri ərazisinə endirdiyi aviazərbələr nəticəsində bir ailənin 7 üzvü həyatını itirib.

IQNA - Bir müddət öncə Yəmənin Taiz vilayətinin cənubuna Səudiyyə
aviasiyasının endirdiyi raket zərbələri nəticəsində isə 25 mülki vətəndaş
həyatını itirib, 8 nəfərisə yaralanıb. Bundan əlavə Səudiyyə Ərabistanı
hərbi aviasiyası Lahic və Səna vilayətləri ərazilərində uçuşlar həyata keçirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejimi ötən ilin mart
ayının 26-dan etibarən Yəmən ərazisinə təcavüz edib. Bu təcavüz
nəticəsində minlərlə insan həyatını itirib,10 mindən artıq
insanyaralanıb. Yüz minlərlə insan isə öz evlərindən didərgindüşüb.
Yəmən əhalisi qida, tibbi ləvazimat, o cümlədən gündəlik təlabat mallarını əldə
etməkdə çətinlik çəkir. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin blokadası
Yəmənin iqtisadi vəziyyətini çətinləşdirib. (maide.az)