IQNA

13:22 - June 29, 2016
Xəbər sayı: 3480576

Səudiyyə Yəməndə atəşkəsi növbəti dəfə pozdu, ölənlər var

Tehran, 29.06.2016 – Səudiyyə Ərəbistanı rejimi aviasiyasının Yəmənin cənubunda yerləşən Adən şəhəri ərazisinə endirdiyi aviazərbələr nəticəsində bir ailənin 7 üzvü həyatını itirib.


Səudiyyə Yəməndə atəşkəsi növbəti dəfə pozdu, ölənlər var


IQNA - Bir müddət öncə Yəmənin Taiz vilayətinin cənubuna Səudiyyə aviasiyasının endirdiyi raket zərbələri nəticəsində isə 25 mülki vətəndaş həyatını itirib, 8 nəfərisə yaralanıb. Bundan əlavə Səudiyyə Ərabistanı hərbi aviasiyası Lahic və Səna vilayətləri ərazilərində uçuşlar həyata keçirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejimi ötən ilin mart ayının 26-dan etibarən Yəmən ərazisinə təcavüz edib. Bu təcavüz nəticəsində minlərlə insan həyatını itirib,10 mindən artıq insanyaralanıb. Yüz minlərlə insan isə öz evlərindən didərgindüşüb. Yəmən əhalisi qida, tibbi ləvazimat, o cümlədən gündəlik təlabat mallarını əldə etməkdə çətinlik çəkir. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin blokadası Yəmənin iqtisadi vəziyyətini çətinləşdirib. (maide.az)

captcha