
IQNA - İraq baş
naziri ötən gün Türkiyənin Mosul bağlı mümkün müdaxiləsinin ciddi qayğı verici
olduğunu bildirərək, Türkiyənin Mosula əsgər göndərməsi və ya orada olmasının
İŞİD-dən ayrı olaraq böyük bir müharibəyə səbəb olacağını söyləyib.
İraq baş naziri Türkiyənin qonşularına qarşı siyasətlərinin problemli hala gəldiyi xəbərdarlığı edib.
Abadi İraqda bəzi terrorçu hücumlarının bəzi qonşu ölkələrin müdaxiləsi ilə baş verdiyini deyib. İŞİD qarşısında ciddi bir mübarizənin aparıldığını qeyd edən İraq baş naziri bu terror təşkilatının İraq üçün olduğu qədər Fars körfəzi ölkələri üçün də təhlükə yaratdığını deyib.
Bir neçə gün əvvəl İraq müdafiə naziri Türkiyənin Mosul yaxınlığında yerləşən Bəşiqa bazasındakı hərbçilərin dərhal çıxmasını istəmiş və eyni zamanda Bağdadın Mosulun azad edilməsi üçün Türkiyənin əməliyyata qoşulması istəyini də rədd etmişdi.