IQNA

Bu gün Ümumdünya Qüds Günüdür

11:34 - July 01, 2016
Xəbər sayı: 3480578
Tehran, 01.07.2016 – Dünyanın azadlıq sevər xalqları bu gün Ümumdünya Qüds Günü yürüşlərində iştirak edərək, bir daha işğalçı İsrail rejiminə qarşı öz qəzəb və nifrətini fəryad edirlər.

Bu gün Ümumdünya Qüds Günüdür

IQNA - Mübarək Ramazan ayının son cümə günü İslam İnqilabının banisi İmam Xomeyni(r.ə) tərəfindən Ümumdünya Qüds Günü elan edilib.

Buna görə də hər il olduğu kimi bu il də ramazan ayının sonuncu cümə günündə Fələstin xalqını müdafiə və dəstək fəryadı bütün İslam Dünyasından ucalır.

Dünyanın azadlıq sevər xalqları bu gün Ümumdünya Qüds Günü yürüşlərində iştirak edərək, bir daha işğalçı İsrail rejiminə qarşı öz qəzəb və nifrətini fəryad edirlər. (maide.az)

captcha