IQNA

Yəmənin paytaxt məscidində partlayış; ölən və yaralananlar var

13:31 - July 27, 2016
Xəbər sayı: 3480644
Tehran, 27.07.2016 – Yəmənin paytaxtı Səna şəhərində ötən gün axşam namazından sonra törədilən partlayış nəticəsində 3 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.

Yəmənin paytaxt məscidində partlayış; ölən və yaralananlar var

IQNA - Hadisə şahidlərinin bildirdiyinə görə, partlayış axşam namazından sonra insanlar məscidi tərk edərkən baş verib.

Bu arada Səudiyyə Ərəbistanı döyüş təyyarələrinin də Səada şəhər mərkəzində əl-Cumhuriyəti hərbi qarnizonunu bombaladığı bildirilib.

Yəmən ordusu və xalq müqavimət qüvvələri Səudiyyə bu təşəbbüslərinə cavab tədbirləri kimi Ərəbistanının Cizan bölgəsində bir neçə tankı və zirehli hərbi texnikanı məhv edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən ilin mart ayının 26-dan etibarən Yəmən ərazilərində hərbi əməliyyatlara başlayıb.

Hərbi əməliyyatlar zamanı minlərlə insan həyatını itirib, 10 mindən artıq insan yaralanıb. Yüz minlərlə insan isə öz evlərindən didərgin düşüb. Yəmən əhalisi qida, tibbi ləvazimat, o cümlədən gündəlik təlabat mallarını əldə etməkdə çətinlik çəkir. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin blokadası Yəmənin iqtisadi vəziyyətini çətinləşdirib.

eastnews

captcha