IQNA - Rusiya prezidentinin mətbuat
katibi Dmitri Peskovun fikrinə əsasən, bu cür çıxışlar "quyruqları qapı
arasında qalmış” insanlar üçün tamamilə uyğundur.
Bazar günü İŞİD terrorçuları sosial şəbəkələrdə Rusiyanın ünvanına təhdid dolu videogörüntü paylaşıblar. Terrorçular xüsusilə, "öz qardaşlarını” Moskvada cihad elan etməyə səsləyiblər.
Görüntünün düzgünlüyü hələ təsdiqlənməyib. Videoyazı ilk olaraq "Telegram”-da peyda olub..
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu cür videoları şişirtməyə dəyməz:
"Sözsüz ki, terror qruplaşmaları, onlarla mübarizənin nə cür aparılmasından, onların nə cür "quyruqularının sıxılmasından asılı” olaraq, bu cür qorxutma taktikasından istifadə edirlər. Bu normal praktikadır (həyati təcrübədir). Buna şişirdilmiş şəkildə yanaşmaq lazım deyil. Lakin bununla yanaşı ehtiyat tədbirləri də görmək lazımdır.”, – deyə Peskov jurnalistlərə bildirərək qeyd edib ki, terrorçuların təhdidləri barədə prezidentə də xəbər verilib. (İslamazeri.az).