IQNA

Kreml İŞİD-in təhdidlərinə cavab olaraq:

İŞİD-in “quyruğu qapı arasında qalıb”

12:11 - August 02, 2016
Xəbər sayı: 3480655
Tehran, 02.08.2016 - Kreml İŞİD terror qruplaşmasının Rusiyanın ünvanına səsləndirdiyi təhdidlərin əhəmiyyətini şişirtməməyə çağırıb.

İŞİD-in


IQNA - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun fikrinə əsasən, bu cür çıxışlar "quyruqları qapı arasında qalmış” insanlar üçün tamamilə uyğundur.

Bazar günü İŞİD terrorçuları sosial şəbəkələrdə Rusiyanın ünvanına təhdid dolu videogörüntü paylaşıblar. Terrorçular xüsusilə, "öz qardaşlarını” Moskvada cihad elan etməyə səsləyiblər.

Görüntünün düzgünlüyü hələ təsdiqlənməyib. Videoyazı ilk olaraq "Telegram”-da peyda olub..

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu cür videoları şişirtməyə dəyməz:

"Sözsüz ki, terror qruplaşmaları, onlarla mübarizənin nə cür aparılmasından, onların nə cür "quyruqularının sıxılmasından asılı” olaraq, bu cür qorxutma taktikasından istifadə edirlər. Bu normal praktikadır (həyati təcrübədir). Buna şişirdilmiş şəkildə yanaşmaq lazım deyil. Lakin bununla yanaşı ehtiyat tədbirləri də görmək lazımdır.”, – deyə Peskov jurnalistlərə bildirərək qeyd edib ki, terrorçuların təhdidləri barədə prezidentə də xəbər verilib. (İslamazeri.az).

Teqlər: kreml ، İŞİd ، təhdidlər ، cavab
captcha