IQNA

Fətullah Gülənin 1900 illik həbs cəzasına məhkum edilməsi tələb edilir

10:52 - August 17, 2016
Xəbər sayı: 3480705
Tehran, 17.08.2016 – İddianamədə Fətullah Gülən əsas şübhəli qismində yer alıb.

Fətullah Gülənin 1900 illik həbs cəzasına məhkum edilməsi tələb edilir


İQNA -
Uşak prokurorluğunun FETÖ ilə əlaqədar apardığı istintaqı daxilində hazırlanan iddianamədə təşkilatın lideri Gülənin 2 dəfə ömürlük və 1900 illik həbs cəzasına məhkum edilməsi tələb edilir.

İddianamədə Fətullah Gülən əsas şübhəli qismində yer alıb.

İddianamədə F.Gülən şiddətə əl ataraq Türkiyə Respublikasının Konstitusiya nizamını dəyişdirməyə təşəbbüsdə, silahlı terror təşkilatı qurmaq və idarə etməkdə, zorakı yolla Türkiyə Respublikası hökumətini devirməyə təşəbbüsdə, terrorizmin maliyyələşdirilməsində ittiham edilir.

Mənbə: İnteraztv

Teqlər: fethullah gülən ، 1900 il ، həbs ، cəza ، məhkum ، iqna ، İkna
captcha