İQNA - Yəmənin
infrastrukturuna dəymiş ziyan o qədər çoxdur ki, bu ölkə yenidən
qurulması üçün çox zəhmət çəkməlidir.
Məlumatda bildirilir ki, Yəmən əhalisinin yarısından çoxu hazırda bu müharibəyə görə aclıqla üzbəüzdür.
Agentlik bildirir ki, bu hesabat Dünya Bankı, BMT, İslami İnkişaf Bankı və Aİ-nin birgə hazırladığı hesabatın ilkin versiyasıdır. "Müharibə indiyədək Yəmənin infrastrukturuna bir başa 7 milyard dollar, iqtisadi ziyanlar isə 7,3 milyard dollardır.”
Agentlik bildirir ki, Yəməndə müharibə davam etdiyi üçün bu rəqəm getdikcə böyüyür. Hesabat 2015-ci ilini sonu və 2016-cı ilin əvvəlinə kimi hesablanıb.
Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiya Yəməndə qadağan olunmuş silahlardan istifadə edir, məktəbləri, xəstəxanaları, məscidləri bombalayır.
Maide.az