Beynəlxalq Quran
Xəbər Agentliyi (İQNA) xəbər verir ki, Tacikistanın Daxili İşlər Nazirliyiyinin
Sughd vilayətinin Xücənd şəhərindəki rəsmisi general Əmin Cəlilov deyib:
"Cari ilin ilk 7 ayında bu şəhərdə 685 cinayət barədə məlumat daxil
olub. Onlarda 643-ü hicablı xanımlar haqqında olub ki, həmin xanımların adları
polisdə qeydə alınıb. Həmin hicablı xanımlardan 513-ü Xücənd şəhər
sakinidir."
Qeyd edək ki, son bir neçə ildir ki, Tacikistanda saqqal və hicab təhlükəli şeylərə çevrilib. Ötən il Tacikistan polisi onlarca saqqallı kişini saxladıqdan sonra, onların şəxsiyyətlərini müəyyənləşdirmiş, bundan sonra isə onalrın saqqallarını qırxaraq buraxmışlar.
Hicablı qadınlar da onlara milis tərəfindən aşırı diqqətdən narahatdırlar.
Cari ilin fevral ayında Tacikistan polisinn iki hicablı xanımı həbs etməsi videosu sosial şəbəkədə yayılmışdı ki, bu film tacik xalqının qəzəbinə səbəb olmuşdu və polisin hicablı xanımlarla davranışına etirazlar edilmişdi.