IQNA

Azərbaycanlı zəvvarların Həcc qrafiki açıqlanıb

10:29 - August 30, 2016
Xəbər sayı: 3480746
Tehran, 30.08.2016 – Azərbaycanlı zəvvarların Həcc ziyarəti qrafiki açıqlanıb və dönüş tarixində dəyişiklik edilib.

Azərbaycanlı zəvvarların Həcc qrafiki açıqlanıb

İQNA - Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar sentyabrın 2-dən etibarən hava limanı ilə Həccə yola düşməyə başlayacaq. Sentyabrın 4-nə qədər hər gün iki reys yola salınacaq.

Ziyarətdən qayıdış isə əvvəlcə nəzərdə tutulduğu kimi, sentyabrın 18-də yox, 19-da başlayacaq. Zəvvarların dönüşü ayın 20-si, 21-i və 22-də davam etdiriləcək.

İslamazeri

captcha