İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İmam Musa Sədr müəssisəsinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Şadi Hüseyn - İmam Musa Sədrin ailəsinin vəkili, bildirib ki, onlar Qəzzafinin oğluna əleyhinə şikayət edərək onu İmam Musa Sədri və yoldaşlarını oğurlamaqda ittiham ediblər. İmam Musa Sədrin ailəsi iddia edir ki, Hannibal Qəzzafinin bu məsələdə əli olmuşdur.
Şadi Hüseyn elan etdi: İmam Musa Sədrin ailəsi bu məsələ ilə bağlı Qəzzafinin oğlu Hannibal Qəzzafinin əleyhinə şikayət tənzim etmiş və onun İmam Musa Sədr və iki nəfər iş yoldaşının oğurlanmasında əli olması ilə bağlı iddialarını Livanın Apellyasiya Məhkəməsinə təqdim etmişlər. Bu şikayətnamə İmam Musa Sədr ailəsinin qanuni vəkillərinə tərəfindən məhkəməyə çatdırılmışdır.
Şadi Hüseyn - İmam Musa Sədrin ailəsinin vəkili, əlavə etdi: İmam Musa Sədrin ailəsi bu şikayət ərizəsində Qəzzafinin oğlu Hannibal Qəzzafinin də İmam Musa Sədr və iki nəfər iş yoldaşının oğurlanmasında əli olması ilə bağlı sənəd və sübutların olduğunu iddia ediblər. Bu sənədlərdə göstərilir ki, Qəzzafinin oğlu Hannibal Qəzzafi əslində atasının təhlükəsizlik və əks-kəşfiyyat qüvvələrinin əsas sütunu olmuşdur və indi də bəzi silahlı qüvvələrin rəhbərliyi onun əlindədir ki, bu silahlı qüvvələrin bəzi muzdurları neçə ay bundan öncə Liviyalı vətəndaş Hüseyn Hübeyş adlı bir nəfəri oğurlamışdır.
İmam Musa Sədrin ailəsinin vəkili həmçinin elan etdi: Bu həftənin cümə günü, yəni 2 sentyabar 2016-cı il tarixində Hannibal Qəzzafinin istintaqı olacaqdır.
http://iqna.ir/fa/news/3526458