Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslaminsesi.az-a istinadən verdiyi məlumata görə, Şeyx Əli Salmanın sənədlər toplusu yenidən baxılması üçün məhkəməyə göndərilib.
Yerli məhkəmə qərarını pozmaq-Son məhkəmə qərarının səhv olduğu kimi qiymətləndirilməsi və işinin yenidən araşdırılması üçün məhkəməyə verilməsidir.
Qeyd edək ki, bundan əvvəl Bəhreynin Kassasiya Məhkəməsi Şeyx Əli Salmana verilən dörd il həbs cəzasını 9 ilə qədər uzatmışdı.
Şeyx Əli Salman 2012-ci ilin dekabr ayında siyasi islahatları tələb edən çıxışlarına görə həbs olunmuşdu. Ali Xəlifə rejimi 2015-ci ilin iyul ayında Bəhreynin Əl-Vəfaq Hərəkatının baş katibini Bəhreynin Daxili İşlər Nazirliyini təhqir etdiyi və xalqı ölkənin qanunlarını pozmağa və ölkənin rejimini dəyişdirməyə təşviq etdiyi iddiaları ilə dörd il həbsə məhkum edib.Əl-Vəfaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman 1990-cı ildə ölkədən sürgün edilimiş, 2001-ci ildə yenidən ölkəsinə qayıtmışdı.