Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadən xəbər verir ki,Yəmən Araşdırmalar və İqtisadi Media Mərkəzinin sədri Mustafa Nəsr, verdiyi açqlamada bildirib ki, paytaxt Səna, Hudaydə, Haccə, Marəb, Taiz, Ədən və Hadramevt vilayətlərində qıtlıq müşahidə olunur. Xüsusilə Hudaydə və Haccə ciddi qıtlıq təhlükəsi ilə qarşı-qarşıyadır. Ölkədəki qarşıdurmalar həyatı iflic edib. Yəmənlilərin gəlir mənbələrinin dayanmasına səbəb olub. Xüsusilə də dolanışıqlarını gündəlik işlərlə təmin etməyə çalışan yoxsul təbəqə Səudiyyənin bu təcavüzünün törətdiyi fəsadlardan bilavasitə təsirlənib.
Səudiyyə rejimi və müttəfiqlərinin Yəmənə qarşı 2015-ci ilin mart ayının 26-dan başladılan təcavüzkar hücumlarda indiyə qədər 8 mindən artıq mülki şəxsin həlak olduğu qeyd olunub.