IQNA

Böyük Britaniyada ən böyük İslam sənayesi sərgisi keçiriləcək

10:09 - October 23, 2016
Xəbər sayı: 3480913
Tehran, 23.10.2016 – Dünyanın bir neçə böyük şirkəti İngiltərənin Mançestr şəhərindən İslam məhsullarının sərgisini təşkil edəcəklər.

Böyük Britaniyada ən böyük İslam sənayesi sərgisi keçiriləcək

Beynəlxalq Quran Xəbər Agentliyi Maide.Az-a istinadla xəbər verir ki, sərginin təşkilatçılarının verdiyi məlumata görə, gələn həftənin şənbə və bazar günləri İslam sənaye sərgisi Mançestr şəhərində öz fəsaliyyətinə başlayacaq.

Sərgidə dünyanın müxtəlif ölkələrindən o cümlədən ABŞ, Almaniya, Avstraliya, Avstriya, Malayziya, İndoneziya, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən 10 minlərə insan iştirak etməsi gözlənilir.

2014-cü ildə müsəlman bazarlarının gəliri 1.8 trilyon dollar olub. Bu rəqəmin 2020-ci ildə 2.6 trilyon dollara çatması gözlənilir.

Sərginin keçirilməsindən məqsəd İslami həyat tərzi və dəyərlərini müasir üslüblardan istifadə etməklə insanlara çatdırmaqdır.

captcha