Beynul Hərəmeyn boyu salınan matəm süfrəsinin ətrafına balaca Rüqəyyələr cəm olub. Matəm məclisində nohələr və mərsiyələr oxunub, əzadarlıq edilib.
Həzrət Məsumənin (s) hərəmində əza məclisi
Ötən axşam həmdə bu münasibətlə Qum şəhərində həzrət Məsumənin (s) hərəmində əza mərasimi təşkil edilib, Həzrət Rüqəyyə süfrəsi açılıb. Belə ki, Xanım Məsumənin hərəminin həyətində yaşıl süfrə salınaraq çıraqlar və şamlar düzülüb. Əzadarlıq edilərək o həzrətə matəm saxlanılıb.