IQNA

11:43 - November 13, 2016
Xəbər sayı: 3480989
Tehran, 13.11.2016- BƏƏ-nin xanımlar üçün keçirilən beynəlxalq Quran yarışlarında iştirak edən iranlı azyaşlı xanımın yarışlarda fərqlənən çıxışı bütün iştirakçılar tərəfindən təriflə qarşılanıb.
Beynənlxalq Quran Xəbər Agentliyinin (İQNA) verdiyi xəbərə görə, BƏƏ-də ilk dəfə xanımlar üçün keçirilən "Fatimə bint Mübarək mükfatı" adına beynəlxalq Quran yarışlarında iştirak edən iranlı Quran tilavətçisi və Quran hafizəsi 9 yaşlı Hənanə Xələfi bu yarışlarda həm tilavət və həm də hifz üzrə digər iştirakçılardan xüsusi şəkildə fərqlənib. 

BƏƏ-nin xanımlar üçün keçirilən ilk beynəlxalq Quran yarışları keçən həftənin bazar günü (6 noyabr 2016) başlamışdır və gələn həftənin Cümə gününədək (18 noyabr 2016) davam edəcəkdir.

Qeyd edək ki, Hənanə Xələfi ötən həftənin Çərşənbə günündə (9 Noyabr) yarış kürsüsünə keçərək hakimlər heyətinin suallarını cavablandırmışdı.
Hənnənə Xələfinin yarışlardakı gözəl tilavətininin video lentini əziz oxucularımıza təqdim edirik:


Ad:
E-poçt:
* Comment:
* captcha: