IQNA

Peyğəmbərlik və mehdilik iddiası edən misirlilər

19:22 - November 24, 2016
Xəbər sayı: 3481043
Miladın üçüncü min illiyində Allahlıq, peyğəmbərlik və mehdilik iddiası edən misirlilərin sayı artmaq üzərə ikən, son günlərdə daha bir misirli "mehdilik" iddiası etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Ərəbi 21" xəbər və informasiya saytı yazdı: Məhəmməd Abdullah Nəsr adlı bir misirli ruhani neçə gün öncə özünün Feysbuk səhifəsində post yazaraq iddi edib ki, "mehdi"dir və yer üzünü ədalətlə doldurmağa gəlib və bütün sünni və şiə müsəlmanları özünə beyət etməyə dəvət edib.

Şeyx Meyzu adı ilə tanınan bu misirli ruhani əhl-sünnə aləminin ən məşhur ali dini akademiyası sayılan Əl-Əzhər universitetinin məzunudur.

Bu ruhaninin "mehdi"lik iddiası ilə Miladın üçüncü min illiyində Allahlıq, peyğəmbərlik və mehdilik iddiası edən çoxsaylı misirlilərin sırasına bir nəfər də əlavə edildi.

Təhlillər göstərir ki, indiyədək Allahlıq, peyğəmbərlik və mehdilik iddiası edənlərin bəziləri zehni, bəziləri ruhi, bəziləri xuliqan və quldur, bəziləri pul toplamaq istəyənlər və bəziləri də şöhrət qazanmaq istəyənlər olublar ki, nəticədə bütün müsəlmanlar tərəfindən qovularaq qınaq, nifrət və gülüş obyektinə çeviriliblər.

"Ərəbi 21" öz təhlilində üçüncü min illikdə bu cür iddialarda bulunan misirlilərin siyahısını açıqlayıb ki, xülasəsini təqdim edirik:

1). Məhəmməd Əbdun-Nəbi Üveys – 2000-ci il, mehdiçilik.

2). 2001-ci ildə adı məluman olmayan bir nəfər Misirin Təbyun və Həlvan regionunda mehdilik iddiası etmişdi.

3). Məhəmməd Məhmud – 33 yaş – İskəndəriyyə, 2002-ci il, mehdiçilik.

4). İskəndəriyyənin "Kum Dəkkə" bölgəsində 36 yaşlı bir cavan 2003-cü ildə mehdilik iddiası etdi.

5). Əşrəf Əbdül-Həmid, 36 yaş, 2004-cü ilin Mart ayında İskəndəriyyə şəhərində mehdilik iddiası etdi.

6). Əmir Əbdül-Əzim, 30 yaş, 2004-cü ilin May ayında əl-Ğərbiyyə əyalətinin Məhəllətul-Kubra şəhərində mehdilik iddiası etdi.

7). 2007-ci ildə 22 yaşlı bir cavan əş-Şərqiyyə əyalətinin Hüseyniyyə şəhərinin Minşat Bəşarə kəndində mehdilik iddiası etdi.

8). Məhəmməd Əbdüt-Təvvab, 30 yaş, 2010-cu ildə Misirin özündə mələk gördüyünü və mehdilik iddiası etdi. Fəyyum şəhər universitetinin məzunu idi.

Bundan əlavə 2012-ci ildə 39 yaşlı Məhəmməd Musa Adəm, 2015-ci ildə Məhəmməd Ətiyyə, 2016-cı ildə 39 yaşlı Əhməd Abdullah və bu günlərdə isə Şeyx Meyzu mehdilik iddiası ediblər.

Həmçinin 2007-ci ildə 61 yaşlı Məhəmməd Həsən Əli "Allahlı", 2015-ci ildə "Xəliliyyət" təriqətinin şeyxi Saleh Əbu-Xəlil "peyğəmbərlik", 2016-cı ildə 60 yaşlı Yunus Munis peyğəmbərlik, 2016-cı ildə Süheyr Əbdürrəhman adlı qadın "dabbətul-ərz"lik iddiası etdi. Məsələ öz pik nöqtəsinə onda çatdı ki, cari ilin Fevral ayında Mustafa adlı bir cavan oğlan özünü Allah, İsa və Mehdi adlandırdı.

http://iqna.ir/fa/news/3548597


captcha