IQNA

11:36 - November 27, 2016
Xəbər sayı: 3481058
İsveçin paytaxtı Stockholmda Türkiyə Diyanət İşləri tərəfindən idarə olunan Bredang Məscidinə irqçi hücum təşkil edilib.

İsveçdə Türklərin getdiyi məscidə hücum təşkil edilib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Türkiyə mediyasına istinadla xəbər verir ki, Bredang Məhəlləsindəki məscidin içinə girən və onun divarlarına xaç şəkli çəkən təcavüzkarlar, hava fişəngi və molotov kokteyli ataraq məscidi yandırmağa cəhd göstəriblər.


İsveçdə Türklərin getdiyi məscidə hücum təşkil edilib


Hücumla əlaqədar məlumat verən Bredang Türk Müsəlman Mədəniyyət Dərnəyi Başçısı Orhan Karan, "Təxminən 30 nəfər ilə məsciddə səhər namazını qılıb məscidi tərk etdikdən yarım saat sonra bir neçə nəfər məscidin içinə girərək həm divarlara xaç şəkli çəkib, həm də 'Müsəlmanlara ölüm' şəklində şüarlar yazıblar – deyə söyləyib.

Teqlər: İsveç ، Türklər ، məscid ، hücum ، Quran ، iqna ، irqçi ، Stockholmda
Ad:
E-poçt:
* Comment:
* captcha: