IQNA

Amerika müsəlmanları Ohayo universitetinə edilən hücumu məhkum etdilər

21:46 - November 29, 2016
Xəbər sayı: 3481068
Dünən Amerikanın Ohayi əyaləti universitetinə irqçilik zəminində on bir nəfərin yaralanması ilə nəticələnən hücum edilib. Amerikanın müsəlman rəhbərləri bu hücumu məhkum ediblər.

Amerika müsəlmanları Ohayo universitetinə edilən hücumu məhkum etdilər

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "business insider" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, 28 noyabr 2016-cı il, Amerikanın Ohayi əyaləti universitetinə irqçilik zəminində on bir nəfərin yaralanması və cinayətkarın həlak olması ilə nəticələnən bıçaqlı hücum edilib.

Amerikanın müsəlman rəhbərləri, o cümlədən Amerika İslam Şurası və Amerika müsəlmanlarının mədəni müquqlarının qorunması təşkilatı bu hücumu məhkum edərək elan ediblər ki, bu hadisənin baş verməsi onları mütəəssif və mütəssir edib.

Cenifer Nimr – Ohayonun müsəlmanların hüquqlarının qorunması təşkilatının hüquq şöbəsinin müdiri, deyib: Biz ən kəskin şəkildə bu hadisəni və eləcə də bütün zorakı hadisə və rəftarları məhkum edirik.

Qeyd edək ki, bu hadisəni Ohayo universitetinin üçüncü kurs tələbəsi və İŞİD-lə əlaqəli olduğu iddia edilən və əslən Sumalidən olan Əbdür-Rəzzaq Əli Ərtan adlı bir müsəlman törədib. O öz maşını ilə Ohayo universitetində piyadalara hücum edib. Sonra maşından enərək əlindəki bıçaqla yenidən onların sorağına gedib.

Polisin dediyinə görə həmin ərazidə səksəndən çox insan olub və Ərtan vəhşicəsinə onlara hücum edib və daha sonra isə polisin gülləsi ilə öldürülüb.

Amerika İslam Şurası təşkilatının idarə heyətinin rəisi Rula Aluç elan edib: Milyonlarla insan Amerikada və milyardlarla insan da dünyada bu zorakılığı məhkum edir. Zorak rəftarlar edənlər və radikallar bizdən deyildirlər və bizim dinin adına danışmağa haqları yoxdur.

Bazəl Gövhər – Ohayo məscidinin rəisi, vurğuladı: Müsəlman cameəsi bu hücumları məhkum edir.

http://iqna.ir/fa/news/3549900


captcha