IQNA

23:03 - November 30, 2016
Xəbər sayı: 3481074
İran və Qafqaz ölkələri din alimlərinin "müsəlman rəhbərlərin zorakılıq və radikalizm ilə mübarizədə rolu" mövzusunda seminarı İİR-nın "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ında keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİR-nın "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ın rəsmi xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İran və Qafqaz ölkələri din alimlərinin "müsəlman rəhbərlərin zorakılıq və radikalizm ilə mübarizədə rolu" mövzusunda seminarı cari ilin Dekabr ayının 3-də, həftənin şənbə günü, İran İslam Respublikasının "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ının təşəbbüsü ilə bu təşkilatın "Əz-Zəhra (s)" toplantı salonunda keçiriləcəkdir.

Tehran vaxtı ilə günün ikinci yarasında, saat 15:00- da keçiriləcək bu toplantıda Əbuzər İbrahimi Türkəman - İran İslam Respublikasının "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ının rəisi, Ayətullah Təsxiri- İslam dünyası məsələlərində İran İslam İnqilabı Rəhbərti Həzrət Ayətullah Üzma Xameneinin məşvərətçisi, Ayətullah Möhsin Əraki- İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının (TƏQRİB) baş katibi, Ayətullah Əxtəri- Ümumdünya Əhl- Beyt (ə) cəmiyyəti birliyinin baş katibi, Nəvvab- Dinlər və Məzhəblər Universitetinin rəisi və digərləri iştirak edəcəklər.

Qafqaz alimləri isə Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyx Allahşükür Paşazədinin rəhbərliyi ilə 14 nəfərlik heyətlə Tehrana gələrək bu seminarda iştirak edəcəklər.

Qafqazın 7 ölkəsinin əhl- sünnə müftiləri və şiə alimləri təşkil etdiyi bu 14 nəfərlik heyət Şeyx Allahşükür Paşazadənin rəhbərliyi ilə Cümə günü, Dekabr ayının 12-də Tehranda "İslami Əlaqələr və Mədəniyyət Təşkilat"ının qonağı olacaqdır.

Bu heyət seminar səfəri çərçivəsində İran İslam Respublikasının yüksək vəzifəli rəsmiləri ilə də görüşlər keçirəcəkdir.

http://iqna.ir/fa/news/3549941


Ad:
E-poçt:
* Comment:
* captcha: