IQNA

ABŞ-ın Texas ştatında müsəlmanlara dəstək aksiyası keçirilib

12:26 - December 06, 2016
Xəbər sayı: 3481095
ABŞ-ın Texas ştatında Houston şəhərində yaşayan bir qrup qeyri-müsəlman sakinlər müsəlmanlara dəstək üçün aksiya təşkil ediblər.


ABŞ-ın Texas ştatında müsəlmanlara dəstək aksiyası keçirilib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Houston şəhər məscidinin qarşısında toplaşan insanlar son vaxtlar ABŞ-da müsəlmanlar və onların inanclarına qarşı mənfi atmosfera yaradılmasına etiraz ediblər.

Cümə günü təşkil olunan bu aksiyada aksiya iştirakçıları cümə namazında toplanmış müsəlmanlarla görüşüb və onlarla söhbətləşiblər. Etirazçılar həmçinin əllrəində üzrəində "Sizin burda olmağınızdan məmnunuq”, "Biz hamımız Amerikalıyıq” kimi şüarlar yazılmış plakartlar daşıyıblar.


captcha