Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani ilə keçirilən görüşlərdə son məhərrəm-səfər əyyamının keçirilməsi, Ərbəin ziyarətində hüseynsevərlərin möhtəşəm iştirakı ətrafında danışılmışdır.
Böyük İslam alimləri qonaqlardan ölkələrindəki inanclıların vəziyyəti ilə bağlı maraqlanmışlar. Görüşdə azərbaycanlı alimlərə ölkələrindəki islami fəaliyyətlərində böyük uğurlar arzulamışlar. O cümlədən onların salamını bütün Azərbaycan möminlərinə çatdırılmasını istəmişlər.
Səfərinin davamında Tehranın Cümə namazlarının xətiblərindən olan, böyük əxlaq ustadı Ayətullah Siddiqi ilə görüş keçirilmişdir. Çox maraqlı və mənəvi keçən görüşdə, dəyərli əxlaq ustadı azərbaycanlı alimlərə mənəvi yüksəliş mövzusunda nurani tövsiyələrini vermişdir.
Görüşlərin
yekununda, azərbaycanlı alimlər əziz İslam Peyğəmbərinin (s) nurani Mövlud
həftəsində keçiriləcək (15-16 dekabr) İslam məzhəblərinin vəhdət və yaxınlaşma
Assambleyasının konfransına rəsmi dəvət almışlar. (deyerler.org)