IQNA

0:10 - December 13, 2016
Xəbər sayı: 3481132
İŞİD terrorist qruplaşması təhdid edib ki, Avropa ölkələrində yeni il bayramı mərasimini terror hədəfinə alacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl- Aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İŞİD terrorist qruplaşması təhdid edib ki, Avropa ölkələrində yeni il bayramı mərasimini terror hədəfinə alacaqdır.

Neynəva əyalətinin xəbər mənbələrindən birinin verdiyi məlumata görə, İŞİD təkfirçi terrorist qruplaşmasının təbliğat maşını bu günlərdə Mosulun sağ sahillərində bir məsciddə öz terror başçıları və xətiblərindən birinin çıxışlarını yaymaqla məşğuldur.

Bu barədə "Əs-Sumariyya" şəbəkəsinə xəbər verən bu mənbə deyib: İŞİD-in təqribən 50 yaşında olan bu komandiri öz çıxışlarında Avropa əleyhinə tünd və düşməncəsinə danışaraq avropalıları "Xilafət Diyarı" əleyhinə düşmən mövqe tutduqlarına görə yeni il bayramı ərəfəsində terror hədəfi qərar verəcəyi ilə təhdih edir.

İŞİD-in dəstə komandirləri keçən həftələrin Cümə namazı xütbələrində çox net şəkildə vurğulayıblar ki, Mosul döyüşləri İŞİD-in sonu olmayacaqdır. Riqqədə yeni döyüşlər yaradacayıq. Çünki İŞİD-in arxa cəbhə köməkçiləri döyüşmək üçün onlarla xarici muzdlular da alıb.

"Times" qəzeti də cari ilin Noyabr ayında yazmışdı ki, İŞİD yeni miladi ilin başlanğıcında Fransa başda olmaqla bir çox Avropa ölkələrinə hücum edəcək.

http://iqna.ir/fa/news/3553024


Teqlər: IQNA ، İraq ، Mosul ، İŞİD
Ad:
E-poçt:
* Comment:
* captcha: