IQNA

Mehdi Qulamnəjad və Müctəba Fərdfani;

"Müsəlman Tələbələrin Beynəlxalq Quran Yarışları"nda İİR-nı təmsil edəcəklər

0:13 - December 21, 2016
Xəbər sayı: 3481169
"Müsəlman Tələbərlərin Beynəlxalq Quran Yarışları"nın 6-cı turu 2017-ci ilin Yanvar ayında Məşhəd şəhərində keçiriləcəkdir və yarışlarda İranı Mehdi Qulamnəjad və Müctəba Fərdfani təmsil edəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Müsəlman Tələbərlərin Beynəlxalq Quran Yarışları"nın 6-cı turu 2017-ci ilin Yanvar ayında İran İslam Respublikasının Məşhəd şəhərində keçiriləcəkdir.

"Müsəlman Tələbərlərin Beynəlxalq Quran Yarışları" İran İslam Respublikasının "Universitetlərin Elmi-Cihad Təşkilatı" tərəfindən hər iki ildə bir dəfə keçirilən bu yarışlarda İranı Quran- Kərimin peşəkar qiraəti üzərə Mehdi Qulamnəjad və Quran- Kərimin hifzi üzərə Müctəba Fərdfani təmsil edəcəklər.

"Müsəlman Tələbərlərin Beynəlxalq Quran Yarışları"nda iştirak etmək üçün iranlı Quran hafizi və qariləri əvvəlcə İranın iki mərhələli milli "Quran və İtrət" yarışlarının 31-ci turunda iştirak etmiş və qaliblər beynəlxalq yarışa vəsiqə qazanmışlar.

"Müsəlman Tələbərlərin Beynəlxalq Quran Yarışları" İran İslam Respublikasının "Universitetlərin Elmi-Cihad Təşkilatı" tərəfindən hər iki ildə bir dəfə müsəlman tələbələr arasında Quran ətrafında vəhdətin möhkəmlənməsi və Quran maarifinin ümmət arasında genişlənməsi hədəfi ilə keçirilir.

Yeni miladi ilin ilk ayında keçiriləcək yarışların birinci yerinin qalibinə 10 min dollar, ikinci yerinin qalibinə 7 min dollar və üçüncü yerini qazanan 5 min dollar mükafat veriləcəkdir.

Yarışların şərtləri ilə yaxından tanış olmaq və yarışda iştirak etmək istəyənlər yarışların keçirilmə komitəsinin rəsmi saytına qarşıdakı linkdən keçə bilərlər: http://www.muslimstudents.ir/aeinnameh.html


http://iqna.ir/fa/news/3554681


captcha