IQNA

12:05 - December 29, 2016
Xəbər sayı: 3481202
Diraz bölgəsində Ali Xəlifə rejim hərbiçilərinin mühasirəsi davam edir və bu bölgədə təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Buna baxmayaraq Bəhreyn xalqı öz rəhbərlərinin müdafiəsindən əl çəkmir.


Şeyx İsa Qasimin evinin ətrafında oturaq askiya; 192 gün

Artıq 192 gündür ki, Bəhreyn xalqı Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin evinin önündə oturak aksiya keçirir. Ali Xəlifə rejim hərbiçilərinin hücumları, ruhanilərin və Şeyx İsa Qasimi dəstəkləyən insan haqları fəallarının həbsi də Bəhreyn xalqının onun evinin önündəki aksiyasını dayandıra bilməyib.

Ali Xəlifə rejimi bəhreynlilərin oturaq aksiyasını dayandırmağa məcbur etmək məqsədilə Diraz bölgəsinin içməli suyunu, qaz və digər kommunal xidmətlərini kəsib.

Hazırda Ali Xəlifə rejim hərbiçilərinin mühasirəsi və Diraz bölgəsinə gediş-gəlişin qadağan edilməsinə görə, 18 min bəhreynli öz qohum əqrabası ilə görüşə bilmir.

Ali Xəlifə rejimi təqribən 7 ay öncə Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib və onun yaşadığı bölgəni mühasirə edib. Bəhreyn xalqı öz rəhbərlərini müdafiə etmək məqsədi ilə onun evinin qarşısında oturaq aksiya keçirir.

Ad:
E-poçt:
* Comment:
* captcha: