IQNA

"Hizbullah": ABŞ, İsrail və Səud rejimi terrorçudurlar

12:43 - January 29, 2017
Xəbər sayı: 3481299
Səud kralları bölgəni ələ keçirmək xəyalları ilə yaşayırlar. Onların Yəmənə olan hücumları da bu məqsədə qulluq edirdi.


Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, "Hizbullah” baş katibinin müaviniŞeyx Naim Qasim İsraillə 33 günlük müharibə mövzusuna toxunub. Təkfirçi qrupların ABŞ, İsrail və Səud rejimi tərəfindən dəstəkləndiyini deyən Şeyx Qasim bildirib:

"İŞİD və digər təkfirçi qruplar onları bölgədə və dünyada dəstəkləyənlərin yetişdirmələridir. ABŞ, İsrail və Səud rejimi terrorçudurlar. Çünki terrorçuların törətdikləri cinayətlər onların maddi dəstəyi ilə mümkün olmuşdur. Bu rejimlər bilməlidirlər ki, bir gün xalqlara cavab verməli olacaqlar.”

Suriyada olmalarının səbəbinin Suriya dövlətinin istəyi olduğunu deyən Qasim bildirib:

"Biz Suriyanın ərazi bütövlüyünü qorumaq və xalqı müdafiə etmək üçün savaşırıq. Bu ölkənin torpağında gözümüz yoxdur.”

33 günlük müharibə zamanı İran və Suriyanın "Hizbullah”-ın yanında olduğunu deyən Naim Qasim bildirib:

"İndi də suriyalı qardaşlarımızla çiyin çiyinə terrorçularla savaşırıq. Biz müttəfiqlərimizi heç vaxt unutmarıq. Səud kralları bölgəni ələ keçirmək xəyalları ilə yaşayırlar. Onların Yəmənə olan hücumları da bu məqsədə qulluq edirdi. Bir halda ki, bölgə xalqları bu rejimi qanuni hesab etmir. Səud rejimi Sionistlərin dəstəyini qazanmaq üçün Fələstin hərəkatlarına yardımlarını dayandırdığını elan etdi. Bir halda ki, Yəmən və Suriyada günahsız insanların ölməyinə səbəb olurlar.”

Teqlər: hizbullah ، abş ، israil ، səud rejimi ، terror ، iqna ، İkna
captcha