Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) maide.az-a istinadla xəbər verir ki, Londondakı baş nazirlik və parlament binaları qarşısında keçirilən aksiyada Donald Tramp əleyhinə də şüarlar səsləndirilib.
Nümayişçilər Trampın İraq, İran, Yəmən, Somali, Liviya, Sudan və digər dövlətlərin vətəndaşlarına viza qadağası qoyulmasını da qınayıblar. Etiraz aksiyasında çıxış edən fəallar Böyük Britaniya hökumətindən də mövzu barədə addım atmağı tələb ediblər.