IQNA

Britaniya müsəlmanlarının Qəzza uşaqlarına dəstək yürüşü

12:14 - February 06, 2017
Xəbər sayı: 3481320
Britaniya müsəlmanları Qəzza uşaqlarına dəstək məqsədi ilə 9 şəhərdə yürüş təşkil ediblər


Britaniya müsəlmanlarının Qəzza uşaqlarına dəstək yürüşü

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, BMT-nin yardım fondu və "Müsəlmanların əli” xeyriyyə təşkilatının təşkilatçılığı ilə keçirilən bu yürüş artıq 9 ildir ki, Britaniyanın müxtəlif şəhərlərində təşkil olunur.

Artıq 8 ildir ki, minlərlə Britaniyalı və bu ölkədə yaşayn müsəlmanlar Fələstinin məzlum xalqı və Qəzzanın günahsız uşaqlarına dəstək məqsədi ilə yanvar ayının ilk günündən fevral ayının ortalarına kimi ölkənin 9 şəhərində qış yürüşü keçirir.

İngiltərənin Glasgow, Bradford, Manchester, Birmingham, Leicester, London, Luton, Cardiff və Nottingham şəhərlərində yürüş iştirakçıları səhər öncədən müəyyən olunmuş günlərdə saat 11-dən günorta saat 3-dək 5 mil uzunluğunda yürüş həyata keçirir və Fələstinli uşaqlara öz həmrəyliyini və dəstəyini nümayiş etdirir.

Britaniya müsəlmanlarının Qəzza uşaqlarına dəstək yürüşü

Britaniya müsəlmanlarının Qəzza uşaqlarına dəstək yürüşü


captcha