IQNA

İraq "Müsəlman Alimlər Birliyi"ndən Bəhreynlə bağlı 5 bəndlik bəyanat

11:25 - March 14, 2017
Xəbər sayı: 3481448
İraq Müsəlman Alimlər Birliyi bütün İslam elm mərkəzlərindən Bəhreyndə İslam alimlərinə qarşı davam edən hərəkətlərə reaksiya göstərmələrini istəyib.

İraq

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İraq Müsəlman Alimlər Birliyi bütün İslam elm mərkəzlərindən Bəhreyndə İslam alimlərinə qarşı davam edən hərəkətlərə reaksiya göstərmələrini istəyib.

Şeyx İsa Qasimə dəstək məqsədli nəşr olunan bəyanatda Bəhreyn hakimiyyətinin addımları qınanılıb və hər cür düşüncəsiz qərara dair də xəbərdarlıq edilib.

Həmin bəyanatda bu ifadələrə yer verildi:

1- Ali Xəlifə rejiminin yürütdüyü mürtəce metodlarını dəyişərək, Şeyx İsa Qasim başda olmaqla böyük İslam alimləri və Bəhreyn xalqına düşüncəli davranmalarını tövsiyə edirik. Bu mövqe Bəhreynin əmin-amanlıq və təhlükəsizliyə qovuşmasını təmin edə bilər. 2- Yalnız şərhlə kifayətlənən beynəlxalq təşkilatlardan hər hansı bir gözləntimiz yoxdur. Çünki Fələstin xalqının qanuni haqlarına qarşı olan beynəlxalq təşkilatlar Bəhreyn millətinə də xeyir verməyəcək. 3- İraq dövlətindən də bilavasitə və ya Səudiyyə Ərəbistanı vasitəsiylə Ali Xəlifə rejiminin İslam alimlərinə, xüsusən də Şeyx İsa Qasimə qarşı davam etdirdiyi qeyri-qanuni fəaliyyətlərinə son verməsi üçün müdaxilə etməsini tələb edirik. 4- Dünyadakı bütün İslam elm mərkəzlərindən Ali Xəlifə rejiminin İslam alimlərinə qarşı davam etdirdiyi mürtəce siyasətinə qarşı dini vəzifələri istiqamətində reaksiya vermələrini istəyirik. 5- Bəhreyn millətindən də şəhadəti gözə alaraq, böyük şiə lideri Şeyx İsa Qasimə dəstək vermələrini ümid edirik.

captcha