IQNA

Bağdad universiteti Quranla üns məclisinə evsahibliyi edir

18:27 - March 29, 2017
Xəbər sayı: 3481484
Bu gün, həftənin üçüncü günü, 29 Mart 2017-ci il, İraqın paytaxı Bağdadın "Humanitar Fənlər" təlimi ocağı olan "İbn Rüşd" universiteti Quran- Kərimlə üns məclisinə evsahibliyi edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "QAF" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün, həftənin üçüncü günü, 29 Mart 2017-ci il, İraqın paytaxı Bağdadın "Humanitar Fənlər" təlimi ocağı olan "İbn Rüşd" universiteti Quran- Kərimlə üns məclisinə evsahibliyi edir.

Bağdad universitetinin nəzdində fəaliyyət göstərən "İbn Rüşd" adın humanitar fənlərin təlim müəssisəsin məsulları İraq Xalq Könüllülərinin (əl-Həşd əş-Şəəbi) Quran-Kərim İdarəsinin məsullarından ibarət heyət ilə görüş keçiriblər və görüş zamanı qərara alınıb ki, Bağdadın "Humanitar Fənlər" təlimi ocağı olan "İbn Rüşd" universitetində Quran- Kərimlə üns məclisi təşkil edilsin.

Əbu Əhməd əl-Bəğdadi - İraq Xalq Könüllülərinin (əl-Həşd əş-Şəəbi) Quran-Kərim İdarəsinin ümumi əlaqələr bölməsinin məsulu, bu barədə dedi: Biz Bağdadın mərkəzində "Babul-Müəzzəm" rayonunda yerləşən İbn Rüşd universitetini ziyarət etdik, buranın məsulları ilə, o cümlədən bu universitetin Ərəb dili və ədəbiyyatı qrupunun rəhbəri Xalid Hüveydə ilə görüşdük.

O əlavə etdi: Bu görüşdə İraq Xalq Könüllülərinin (əl-Həşd əş-Şəəbi) Quran-Kərim İdarəsinin fəaliyyətləri barədə İbn Rüşdün müəssisəsinin məsul və tələbələrinə açıqlama verdik və qərara aldıq ki, İraqın təhlükəsizliyi üçün şəhid olanların ruhlarının şadlığı üçün bu kompleksdə Quranla üns məclisi keçirilsin.

Bu görüş İraq Xalq Könüllülərinin (əl-Həşd əş-Şəəbi) Quran-Kərim İdarəsinin təşəbbəsü ilə Quran ədəbiyyatı və mədəniyyətinin döyüşçülər və cavanlar arasında yayılması hədəfi ilə keçirilib.

captcha