İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alsaa" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Ummul- Hüseyn adlı ilə məşhur olan "Haciyə Rəifə əs- Səmadi" adlı iordaniyalı çox yaşlı bir xanım 70 yaşında bütün Quran- Kərimi əzbərləyə bildi.
70 yaşında bütün Quran- Kərimin hafizi olan bu qoca və yaşlı nənə İordaniyanın "Ərbəd" əyalətinin "ən-Nəimə" şəhərində yaşayır.
Bu yaşlı xanımın savadı olmamasına baxmayaraq təkcə Quran- Kərimin tərtil oxunuşlarının audio yazılışına qulaq asaraq Vəhy kəlamını əzbərləyə və Quran hafizi ola bilib.
Yazmağı və oxumağı bilməyən bu yaşlı xanım öz möhkəm iradəsinə və İlahi tövfiqata söykənərək Quran- Kərimi 3 il 4 ay ərzində kamil əzbərləyib.
Bu barədə İordaniyanın "əl-Yərmuk" peyk TV kanalı məlumat yayıb.
http://iqna.ir/fa/news/3586172