IQNA

Rusiya məktəblərində hicabdan istifadə barədə Kremilin mövqeyi şəffaf deyil

8:00 - April 01, 2017
Xəbər sayı: 3481490
Rusiya prezident admnistrasiyasının sözçüsü elan edib: Kremil hələ ki, bu ölkənin məktəblərində və təhsil ocaqlarında hicabdan istifadə edilməsi barədə şəffaf mövqe bildirməyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya prezident admnistrasiyasının sözçüsü elan edib: Kremil hələ ki, bu ölkənin məktəblərində və təhsil ocaqlarında hicabdan istifadə edilməsi barədə şəffaf mövqe bildirməyib.

Dimitri Paskov - Rusiya prezident admnistrasiyasının sözçüsü, əlavə edib: Kremil hicabın Rusiyanın bütün regionlarının təhsil mərkəzlərində və ya bəzi muxtar respublikaların təhsil mərkəzlərində istifadəsi edilməsi üçün öz mövqeyni hələ müəyyən etməyib və bilinmir ki, müzakirələr hansı istiqamətdə aparılmalıdır.

Qeyd edək ki, cari ilin Yanvar ayında "Mordova" əyalətinin məktəblərindən birində hicab qadağan edilmişdi. O zaman Rusiyanın təhsil naziri Olqa Vasiliyevna demişdi ki, "Rusiya təhsil sistemi sekulyardır və həqiqi möminlərin öz imanlarını göstərmək üçün iman simvolu gəzdirməyə ehtiyacları yoxdur".

Bunun ardınca Çeçenistanın prezidenti Ramazan Qədirov belə bir addımı tənqid edərək ki, hicabın ümumi məkanlarında qadağan edilməsini "ölümcül bir addım" adlandırmış və demişdi ki, "biz hamımız Rusiya vətəndaşlarıyıq və Rusiya çox millətli və çox dinli bir ölkədir".

http://iqna.ir/fa/news/3586208


Teqlər: iqna ، rusiya ، kremil ، hicab ، çeçen
captcha