IQNA

Məscidin camaat imamını niyə yandırdılar?!

10:15 - April 15, 2017
Xəbər sayı: 3481543
Fələstinli namazqılanlardan bir çox təəccüblü və həm də əsassız bir dəlil ilə məscidin camaat imamının üzərinə benzin tökərək onu yandırmaq istədi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, fələstinli namazqılanlardan bir çox təəccüblü və həm də əsassız bir dəlil ilə məscidin camaat imamının üzərinə benzin tökərək onu yandırmaq istədi.

Xəbərdə deyilir ki, Fələstinin Nablos regionunda yaşayan 50 yaşlı kişi Sübh namazı vaxtı namaz qıldığı məscidin imamının üzərinə benzin tökərək onu yandırmaq istəyib. Amma məsciddəki namazqılanların səyi ilə İmam Camaat bu yanğından canını salamat qurtara bilib. Yanğın zamanı məscidin döşəməsi və xalçalarının bir qismi yanıb.

Polis tərəfindən həbs edilən fələstinli kişi özünün bu addımı üçün çox maraqlı, gülməli və həm də əsassız dəlil söyləyib. Polisə ifadə verən kişi bildirib ki, "mən bu imama dəfələrlə demişdim ki, namazı, namazın dualarını, səcdə və rükularını bu qədər çox uzatmaq. Amma o mənim bu sözümə qulaq asmadı ki, asmadı".

http://iqna.ir/fa/news/3589450


captcha