IQNA

6:20 - April 16, 2017
Xəbər sayı: 3481545
Türkiyəlilər Quranın üzünə sadə və qaydalı oxunuşunu 61 video faylını izləməklə öyrənə bilirlər. Bu video fayllar Türkiyə Təhsil Nazirliyi və Diyanət Bakanlığının birgə həmkarlığı ilə hazırlanmışdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, türkiyəli müsəlmanlar Quran- Kərimin üzünə sadə və qaydalı oxunuşunu Quran-Kərimi təlim verən 61 video faylını izləməklə öyrənə bilirlər. Bu video fayllar Türkiyənin Təhsil Nazirliyi və Diyanət Bakanlığının birgə həmkarlığı ilə hazırlanmışdır.

"Yeni Şəfəq" qəzetinin xəbər və informasiya portalınının verdiyi xəbərə görə, Türkiyənin Təhsil Nazirliyi və Diyanət Bakanlığının müştərək həmkarlığı ilə Quran- Kərimi cəmiyyətin müxtəlif təbəqələrinə və xüsusilə də şagirdlərə öyrədilməsi üçün 61 video faylı hazırlanmış və internet üzərindən ümumi kültənin istifadəsinə verilmişdir.

Hər biri 30 dəqiqə olan bu video fayllarında Türkiyənin təcrübəli Quran- Kərim müəllimlərindən biri tərəfindən Quranın sadə və qaydalı oxunuşu ibtidai səviyyədən başlayaraq öyrədilir.

Quran-Kərimi təlim edən bu videolarda məşq və təkrar metodu başda olmaqla, əsasən yeni təlim metodlarından istifadə edilmişdir.

Quran-Kərimin üzünə sadə və qaydalı oxunuşunu təlim verən bu video faylları Türkiyənin Təhsil Nazirliyi və Diyanət Bakanlığının rəsmi saytında yerləşdirilmişdir və hər bir kər bu fayllardan istifadə edə bilər.

http://iqna.ir/fa/news/3589581


Ad:
E-poçt:
* Comment:
* captcha: