IQNA

9:58 - May 21, 2017
Xəbər sayı: 3481679
İran İslam Respublikasının Vyanadakı Mədəniyyət Evində dini və məzhəbi mövzuları ehtiva edən rəsm əsərlərinin sərgisinin açılış mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəsmi xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının Vyanadakı Mədəniyyət Evində ŞƏBAN ayının bayramları münasibəti ilə dini və məzhəbi mövzuları ehtiva edən rəsm əsərlərinin sərgisinin açılış mərasimi keçirilib.

İran İslam Respublikasının Vyanadakı Mədəniyyət Evinin "İbn Sina qalereyası"nda keçirilən bu sərgidə dini və məzhəbi rəsm əsərləri və xəttatlıq və rəssamlığı təlfiqindən yaradılmış əl işi nümunələri nümayiş etdirilib. Bu əsərlər Vyanada yaşayan iranlı tələbə Əli Kiyanmehrə aiddir.

Mədəniyyət Evinin "İbn Sina qalereyası"nda səgrilənən digər əsələr isə xanım Mişel Kərbasiyanın qərb və şərq mədəniyyətinin təlfiqindən yaratdığı rəsm əsələri, o cümlədən "İran bağı" adlı rəsm tabloları məcmuəsi olub.

http://iqna.ir/fa/news/3601338


Teqlər: İQNA ، Vyana ، İran ، sərgi ، rəsm əsərləri
Ad:
E-poçt:
* Comment:
* captcha: