"Myanma hökuməti Ruhingiya müsəlmanlarına vətəndaşlıq və vətəndaşlıq hüququ verməlidir". bunu BMT-nin Miqrantların məsələləri üzrə Komissarlığın rəhbəriFilippo Qrandi cənub-şərqi Asiyaya rəsmi səfərinin ilk günündə Myanmanın Raxin vilayətində Seato və Maunqdau şəhərlərində Ruhingiya müsəlmanları ilə görüşdəbəyan edib.
O həmçinin Myanma xarici işlər naziri və hökumətin ali müşaviri ilə də görüşərək danışıqlar aparıb.
Radikal buddistlərin Raxin vilayətində Ruhingiya müsəlmanlarına hücumları 2012-ci ildə başlanıb. Nəticədə yüzlərlə nəfər həlak olub və 150 mindən çox müsəlman da öz ev-eşiyini tərk etməyə məcbur olub.
Raxin vilayətində yaşayan Ruhingiya müsəlmanları böyük ayrı-seçkiliklə üzləşiblər. Myanma onlara vətəndaşlıq hüququ verməyib və onları banqladeşli miqrant hesab edir.
Sahartv