İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbərinə görə, Nigeriya şiələrinə qarşı təzyiqlərin davamında Şeyx Zəkzakinin azadlığa buraxılmasıyla əlaqədər şikayət ölkənin Federal Ali Məhkəmesi tərəfindən rədd edilib.
Kaduna əyalətinə verilən şikayətin bundan öncə Abuja əyalətinə təqdim edilən şikayetə oxşar məzmunlu olduğunu irəli sürən Nigerya Federal Ali Məhkəmesi, bu halı məhkəmə prosesini sui-istifadə kimi qimətləndirib.
Ötə yandan Şeyx İbrahim Zəkzakinin avukatı bu iki şikayətin məzmunlarının tamamən fərqli olduğunu vurğulayıbdır.
Qeyd edək ki, Nigeriyanın Federal Ali Məhkəməsi Şeyx İbrahim Zəkzakinin sərbəst buraxılmasıyla bağlı ötən ilin dekabrın əvvəlində qərar qəbul etmişdi.
Qeyd edək ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.
3616165