IQNA

İnqilab Rəhbəri:

Sanksiyalar İranı daha güclü və daha qüdrətli etdi

20:04 - August 03, 2017
Xəbər sayı: 3481930
İslam İnqilabının Böyük Rəhbəri Amerika Birləşmiş Ştatları rejimini bütün hegemonçulardan daha təcavüzkar və daha kobud adlandırıb.


Sanksiyalar İranı daha güclü və daha qüdrətli etdi

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, İslam İnqilabının Böyük Rəhbəri bu gün Tehranda yerləşən İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilən İran İslam Respublikası prezidentinin tənfiz olunması-təsdiqlənməsi mərasimində belə qeyd ediblər: Hərçənd sanksiyalar problemlər yaradıb, amma səbəb olubdur ki, bizim diqqətimiz daxili imkanlar və bacarıqlara tərəf yönəlsin və elə buna görə, bu gün düşmənin istəyinə rəğmən, İran, inqilabın ilk illərindən daha güclü və daha qüdrətlidir.

Həzrət Ayətullahuluzma Xamenei sonra belə deyiblər: Amerikanın hazırkı məsul şəxsləri kimi bəziləri açıq şəkildə İran xalqı ilə düşmənçilik,bəziləri də hiyləgərlik ediblər,amma bütün bu planlar səbəb olubdurki, xalqın və rəsmilərin özünəinamı artmış olsun və onlar düşmənin hiylələri ilə mübarizə yollarını tapmış olsunlar.

İslam İnqilabının Böyük Rəhbəri Amerika Birləşmiş Ştatları rejimini bütün hegemonçulardan daha təcavüzkar və daha kobud adlandırıb və belə vurğulayıblar: Qırx illik beynəlxalq fəaliyyət göstəribdir ki, zorakı qüdrətlər qarşısında təslim olmağın xərci onların qarşısında dayanmanın xərcindən qat-qat yuxarıdır.

Həzrət Ayətullahuluzma Xamenei kosmosa süni peyk daşıyıcısının buraxılması barədə yaranmış son qalmaqallara işarə edərək, söyləyiblər: Bu süni peyk daşıyıcısının buraxılması elmi, texniki, adi və əlbəttə, ölkə üçün lazım olan bir iş idi, amma bu məsələ haqda da qalmaqal qopardılar.

İslam İnqilabının Böyük Rəhbəri çıxışlarının digər bir hissəsində dövlət başçılarına bədxahların hiylələri və bəhanələri ilə mübarizə üçüniqtisadi, mədəni, müdafiə, həmçinin islami və inqilabimahiyyətin qorunması sahələrində düşünülmüş, cihadi və güclü işin aparılmasıvacibliyini tövsiyə ediblər.

İslam İnqilabının Böyük Rəhbəri habelə tənfiz-təsdiqləmə mərasiminin son dərəcə böyük əhəmiyyətini, xalqın ölkənin birinci dərəcəli müdirlərinin seçilməsində rol oynaması hesab edib və belə əlavə ediblər: Bu tənfiz mərasimi İslam İnqilabının qələbəsindən sonra on ikinci mərasimdir ki, xalqın səsi və seçiminin təsirliliyini göstərir və bu böyük nailiyyət inqilabın hesabına reallaşıbdır.

Əsas Qanunun 110-cu maddəsinə əsasən, xalq seçkilərindən sonra prezident hökmünün imzalanması rəhbərin vəzifə və ixtiyarlarındandır və prezident seçkiləri qanununa əsasən, İran İslam Respublikasında prezidentlik dövrü dörd ildir və İnqilab Rəhbəri tərəfindənetimadnamənin tənfiz edilməsi-təsdiqlənməsi tarixindən başlanır.

captcha