IQNA

11:30 - August 12, 2017
Xəbər sayı: 3481959
Səudiyyə Ərəbistanının Qətif əyalətində yerləşən əl-Əvamiyyə şəhərində 20 min Şiə müsəlmanın didərgin düşdüyü bildirilib.

Səudiyyə Ərəbistanında Şiələrdən 20 min nəfər didərgin düşüb

Səudiyyə Ərəbistanlı insan hüquqları aktivisti Əmir Nimr, Russia Today-a verdiyi bir müsahibəsində, Qətif əyalətinin əl-Əvamiyyə şəhərində 20 min Şiənin yerindən-yurdundan didərgin düşdüyünü açıqlayıb.

Əmir Nimr, Səudiyyə Ərabistanında Şiələrin məruz qaldığı təzyiqlərə toxunaraq deyib: 2012-ci ildən etibarən Qətif əyalətinin əl-Əvammiyə məntəqəsində xalq bəzi islahatların həyata keçirilməsini tələb edir. Bu islahatlar sadəcə Şiələrə deyil, Sünnilər üçün də istənilir.

Əl-Əvamiyyə şəhərində 20 min Şiə müsəlmanın yerindən-yurdundan didərgin düşdüyünü bildirən Nimr, bu mövzu ilə əlaqədar müstəqil araşdırmalar aparılmasını istəyib.

http://fa.alalam.ir/news/3025236/20

Ad:
E-poçt:
* Comment:
* captcha: