IQNA

10:10 - August 16, 2017
Xəbər sayı: 3481973
Fələstinin İslami Müqavimət Hərəkatı İsrail rejiminin Qəzza zolağı ətrafında betondan divar layihəsinə etiraz edib.

HƏMAS: Bu divarın İsrailin təhlükəsizliyinə heç bir xeyri olmayacaq

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən xəbər verir ki, dünən çıxış edən HƏMAS-ın mətbuat katibi Əbdüllətif Qanu, bu layihəni qeyri qanuni adlandırıb.

Bu layihənin Qəzza mühasirəsinin artırılmasına qulluq etdiyini deyən Qanu bildirib: "Bu divarın İsrailin təhlükəsizliyinə heç bir xeyri olmayacaq, çünki müqavimət, hamının rəsmi olaraq qəbul etdiyi bir məsələdir. Müqavimət, hər növ silaha sahib olma ixtiyarına malikdir.”

Qeyd edək ki, İsrail rejimi artıq bir neçə aydır ki, Qəzza zolağı ətrafında uzunluğu 64 k.m olan divar hörür.

Teqlər: iqna ، Quran ، İslam ، müsəlman ، Qəzza ، Hamas
Ad:
E-poçt:
* Comment:
* captcha: