IQNA

2:11 - August 28, 2017
Xəbər sayı: 3482045
Ruhingiyalı müsəlmanların vəhşi buddistlərin zülmündən Banqladeşə izdihamlı şəkildə axınının ardınca bu ölkə onları yenidən Myanmara geri qovdu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanmarın Raxin əyalətində vəhşi, radikal və irqçi buddistlərin yeni zülmlərindən Banqladeşə izdihamlı şəkildə axın edən ruhingiyalı müsəlmanları bu ölkə yenidən Myanmara geri qovdu.

Ruhingiyalı müsəlmanlar vəhşi, radikal və irqçi buddistlərin zülmündən, silahlı qoşunların və dövlətin müsəlmanlara qarşı terrorçu və zorakı siyasətindən canını qurtarmaq üçün Banqladeşə qaçmışdılar.

Banqladeş dövləti Raxindən bu ölkənin sərhədlərinə sığınmış müsəlmanların 70%-nə ölkəsinə girməyə icazə verməyib və onları Myanmarın sərhədlərinin daxilinə qovmuşdur.

Xəbər agentliklərinin yaydığı məlumata görə, Banqladeş və Myanmar sərhədlərində çoxalan atışma səsləri ruhingiyalı qaçqın uşaq və qadınları iki ölkənin arasındakı sərhəd çayı keçərək Banqladeşə girməyə tələsdirir.

Qeyd edək ki, silahlı militanlar tərəfindən Myanmarın otuzdan çox polis və təhlükəsizlik mərkəzinə edilən silahlı hücumda səksən nəfər militan və on iki nəfər myanmarlı hərbiçi həyatını itirərək həlak oldu. Bundan sonra isə Myanmar silahlı qüvvələri Raxində fövqəladə vəziyyət elan etdilər və müsəlmanlar oturan kəndləri boşaltdılar.

Beynəlxalq insan haqları qrumları ruhingiyalı müsəlmanlara qarşı həyata keçirilən zoraklılıq, terrorizm və soyqırımı barədə xəbərdarlıq ediblər.

http://www.iqna.ir/fa/news/3635050


Teqlər: İQNA ، myanmar ، raxin ، ruhingiya ، banqladeş
Ad:
E-poçt:
* Comment:
* captcha: