IQNA

ŞEYTAN heykəllərini daşlamaq üçün saat məhdudiyyəti elan edildi

16:58 - August 30, 2017
Xəbər sayı: 3482059
Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi Həcc karvanları və müəssisələrinə ŞEYTAN heykəllərini daşlamaq (rəmyul-cəmərat) üçün zaman məhdudiyyəti elan etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi Həcc karvanları və müəssisələrinə ŞEYTAN heykəllərini daşlamaq (rəmyul-cəmərat) üçün zaman məhdudiyyəti elan etdi.

Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyinin verdiyi elana əsasən, ŞEYTAN heykəllərini daşlma mərasimi yerli vaxtla Cümə günü (Zil-Həccə ayının 10-da, Qurban bayramı günü) səhər saat 6:00-dan saat 10:30-dək qadağan edilib. Həmçinin şənbə günü, Zil-Həccə ayının 11-də günortda saat 12:00-dan ikinti vaxtınadək, yəni saat 6:00-dək və Zil-Həccə ayının 12-də, bazar günü, səhər saat 10:00-dan 12:00-dək hacılar ŞEYTAN heykəlini daşlamaq üçün öz xeymələrindən çölə çıxa bilməzlər.

Qeyd edək ki, ŞEYTAN heykəlini daşlamaq (rəmyul-cəmərat) Həcc mərasiminin əməllərindən biridir və hacılar zahiri şeytanları və daxillərində olan şeytanı əzmək üçün bu əməli simvolik olaraq icra edirlər. Bu əməl Qurban bayramı günü və TƏŞRİQ günlərində yerinə yetirilir.

http://www.iqna.ir/fa/news/3636263


captcha