İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün səhər, həftənin cüməaxşamı, 31 Avqust 2017-ci il, Ərəfə günü və Qurban bayramının astanasında qədim ənənəyə uyğun olaraq Kəbənin pərdəsi dəyişdirildi.
Kəbənin yeni pərdəsi xalis və təbii ipəkdən toxunulmuşdur və onun hündürlüyü 14 metrdir.
Bu pərdənin bir bel kəməri də vardır ki, pərdənin hündürlüyünün üçdən bir hissəsindən tikilmişdir və bu kəmərbəndin 47 metr uzunluğu və 95 sm. eni vardrır.
Qeyd edək ki, köhnə örtük alınaraq, eyni vaxtda təzə örtüyün çəkilməsi saatlarla zaman alır. Kəbə örtüyünün hazırlanması üçün təxminən 600 kiloqramdan çox xalis ipəkdən, 120 kiloqramdan çox gümüş və qızıldan istifadə edilir. Dəyişdirilən köhnə örtük isə "zəmzəm" suyuyla yuduqdan sonra muzeylərdə nümayiş etdirməsi üçün İslam ölkələrinə göndərilir. Gümüş və qızıl istifadə edilərək hazırlanan Kəbə örtüyündə Qurani-kərimdən ayələr yer alır.
Kəbənin pərdəsi hər il Zil-Həccə ayının 9-da (Ərəfə günü) Qurban bayramından bir gün öncə və təqribən bütün hacıların Ərəfat dağında "vüquf" əmələrini yerinə yetirmək üçün olduqları bir zamanda dəyişdirilir. Köhnə pərdə isə xüsusi anbarda saxlanılır.
http://www.iqna.ir/fa/news/3636717