IQNA

Qroznu şəhərində 1 milyon insan fəryad etdi:

“Myanmada müsəlmanlara qarşı zorakılığı dayandırın”

1:34 - September 05, 2017
Xəbər sayı: 3482098
Bu gün Çeçenistan Respublikasının paytaxtı, Qroznu şəhərində “Çeçenistanın ürəyi” adlı məscidin qarşısında Rohingiyalı müsəlmanlara dəstək mitinqi keçirilib.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Dünən Çeçenistan Respublikasının paytaxtı, Qroznu şəhərində "Çeçenistanın ürəyi” adlı məscidin qarşısında Rohingiyalı müsəlmanlara dəstək mitinqi keçirilib.
"Maide.Az" informasiya portalı Ria Novosti”ə istinadən xəbər verir ki, 1 milyon insan məscidin ətrafındakı bütün küçələri doldurub. İnanlar əllərində üzərində "Myanmada soyqırıma yox” şüarı yazılmış plakatlar daşıyıb, "Müsəlmanlara qarşı zorakılığı dayandırın” şüarları səsləndirib.
Mitinqdə respublika rəhbərliyi o cümlədən Çeçenistan rəhbəri Ramzan Kadırov, parlamentin spikeri Maqomed Daudov, Çeçenistan və Şimali Qafqaz respublikalarının nümayəndələri, din xadimləri iştirak edib.
Təşkilatçılar bildirir ki, mitinqdə iştirak etmək üçün qonşu bölgələrin sakinləri də Qroznuya gəlib.
Mütəxəssislərin hesablamalarına görə, mitinq iştirakçılarının sayı 1 milyon nəfəri keçib.
Aksiya dinc şəraitdə keçir, heç bir qanun pozuntusu aşkarlanmayıb.
Təhlükəsizliyi hüquq-mühafizə orqanlarının yüzlərlə əməkdaşı təmin edir.

Teqlər: iqna ، qroznu ، rusiya ، myanmar
captcha