İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Quran-Kərimin qiraətində ən mühüm məsələlərdən biri də "muğam məqamları"nın (səs sırasını qurma, səsləri yerləşdirmə üsulu; musiqi əsərinin quruluşu. Rast, şur, segah, şüştər, çargah, bayatı-şiraz və s...) düzgün ifasıdır ki, Quran qarisinə daha gözəl və ürəkoxşayan səslə oxumağa imkan yaradır. Bəzən isə Quran qiraəti tarixində qarilər olub ki, özləri belə "muğam"lı və yeni qiraət metodunu ixtira ediblər. Bu qarilərdən biri də Misirin tanınmış, məşhur və mərhum qarisi Seyid Mütəvəlli Əbdül-Al olmuşdur. Seyyid Əbdül-Al inanırdı ki, bəzi məşhur muğam məqamları ilə İlahi ayələri oxumaq Quranın şənində deyildir və ayələri tilavət etmək üçün İlahi kəlam uyğun bir muğam icad edilməlidir.
Seyid Mütəvəlli Əbdül-Al 2015-ci ildə vəfat etdi. Amma onun qiraət məqamları və tilavət metodu şagirləri tərəfindən öyrənilərək davam etdirilir.
O deyirdi ki, təkcə Quran ayələrinin şənində olan və İlahi kəlama uyğun olan muğam məqamlaını mənimsəmişdir. Çünki məşhur muğam məqamlarının çoxu İlahi ayələrin əzəmət və böyüklüyünə zərər vurur və ayələr vüqarını itirir.
Və şagirləri arasında onun səbk və metoduna ən yaxını mərhumun oğlu Səlah Seyyid Mütəvəlli Əbdül-Aldır ki, həm atasının səsini və həm də ixtira etdiyi muğam məqamarını irs olaraq daşıyır.
Səlah Mütəvəlli Əbdül-Al uşaq həkimidir. Bununla yanaşı Misirin müasir qiraət tarixində də söz deyənlərdən və atasının yolunu davam edənlərdən biridir.
Misirin "əl-yəvm əs-sabe" xəbər agentliyinin informasiya portalı Səlah Mütəvəlli Əbdül-Al müsahibə edib və biz bu müsahibənin xülasəsini oxucularımıza təqdim edirik.
Səlah Mütəvəlli Əbdül-Al "Quran-Kərimlə ilk dəfə ünsüyyət qurmasından danışaraq" dedi:
Mən uşaqlıqdan Quran səsi ilə böyüdüm. 8 yaşım olanda atam məni kəndimizin Quran mədrəsəsinə göndərdi və 12 yaşımda Quranı əzbərləmişdim. Daha sonra orta və ali təhsili başa vurub, 2010-cu ildə Əl-Əzhər universitetinin tibb fakültəsini bitirdim.
O "sizin Quran tilavətində istedadınız nə zamandan ictimailəşdi və atanızın buna münasibəti nə idi?" sualına cavab olar dedi:
Mən uşaqlıqdan Quran tərtil ilə tilavət edirdim. Uşaq vaxtı məktəblilər üçün Quran tilavəti yayımlayan "məktəbli radiosu"nda tilavətim yayılırdı. 17 yaşımda isə peşəkar tilavətlə məşğul olmağa başladım. Bir dəfə atam üçün qiraət etdim. Onda 22 yaşım var idi. Atam dedi ki, yaxşıdır, amma bir az da məşq etməli və səsinin gözəlləşməsi üçün çalışmalısan. O zamandan başlayaraq atam ilə qiraət mərasimlərinə gedirdim. Atam mənim qiraətimdən xoşlanırdı. Çünki mən həm ailənin kiçiyi, sonbeşiyi və həm də onun səsinin və yolunun varisi idim. Biz ailədə 7 uşağıq. Özümdən böyük 6 bacım və bir qardaşım var ki, hamısı Quran hafizidirlər. Amma heç biri Əl-Əzhərə qəbul olmadı və atamın səsinin də yeganə varisi mənəm. Buna görə də məclislərdə camaat mənim tilavətimi həvəslə tərifləyəndə və təşviq edəndə atam xoşhal olurdu.
"Sizi ilk dəfə nə vaxt rəsmi şəkildə tilavət üçün dəvət etdilər" sualına cavab verən Səlah Seyyid Mütəvəlli Əbdül-Al vurğuladı:
İlk dəfə 2009-cu ildə və atam həyatda ikən məni Cənubi Afrikada keçirilən "Quran gecəsi"ndə tilavət üçün dəvət etdilər. Atamdan sonra isə 2015-ci ildə öz rayonumuzda keçirilən Quran məclisinə tilavət üçün dəvət olundum. Mən onlardan tilavət üçün muzd almadım. Çünki atam da həmyerlilərimizdən tilavət üçün pul almaz və ya çox az alardı.
Səlah Mütəvəlli Əbdül-Al "atanızdan nə öyrəndiniz?" sualının cavabında vurğuladı:
Mən ondan təvazökarlıq öyrəndim. Atamın dünya şöhrəti var idi, amma heç vaxt təkəbbür etmədi və təvazökar insan idi. Və həmişə mənə tövsiyə edərdi ki, Quranın tilavəti qarşılığında muzd az alım və bu məsələdə iftat etməyim. Çünki Quranın mənəvi savabı daha çoxdur.
O əlavə etdi: Həmçinin Quran sahəsində də tilavət, qiraət, təcvid və muğamları ondan öyrənmişəm, onun tilavət səbki və metodu ilə gedir və ona təqlid edirəm.
Səlah Mütəvəlli Əbdül-Al son suallara cavab olaraq dedi: Səsim üzərində çalışdıqdan sonra Misir radiosunda tilavət etmək fikrindəyəm. Əlbəttə Misirin "Faqus" xəstəxanasında uşaq həkimi kimi də çalışıram və bu bəzən qiraət üzərində işləməyimə çətinlik yaratsa da çalışıram ki, hər iki işi yüksək səviyyədə irəli aparım. Təkcə arzum isə həm yaxşı həkim olmaq, insanlara xidmət göstərməkdir və həm də Quran- Kərimi bir dəfə tərtil ilə əvvəldən axıradək oxuyaraq audioklib hazırlamaqdır. İstəyirəm ki, bu tərtil audioklipi məndən sonra həmişəlik bir yaxşı iş (sədəqətun-cariyə) olaraq yadigar qalsın.
http://www.iqna.ir/fa/news/3640169
Dünya şöhrətli misirli qari mərhum Seyyid Mütəvəlli Əbdül-Al