IQNA

Kərbəla zəvvarlarına xoş xəbər:

Bəsrə- Kərbəla sərnişin qatar xətti açılır

15:04 - September 13, 2017
Xəbər sayı: 3482152
Bəsrə və Kərbəla arasında sərnişin qatarı həftədə 2 dəfə olmaqla, hər çərşənbə günü yerli vaxtla 22:00-da Bəsrədən Kərbəlaya hərəkət edəcək və həftənin şənbə günü isə saat 22:00-da geri dönəcək.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə) ziyarətinə getmək istəyən zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədilə tezliklə İraqın cənubundan mərkəzinə (Bəsrə şəhərindən Kərbəla şəhərinə) sərnişin qatarı xətti açılacaq. Bunu İraqın Dəmir Yolları İdarəsi açıqlayıb.
Bəsrə və Kərbəla arasında sərnişin qatarı həftədə 2 dəfə hərəkət edəcək. Belə ki, qatar həftənin çərşənbə günü yerli vaxtla 22:00-da Bəsrədən Kərbəlaya hərəkət edəcək və həftənin şənbə günü isə saat 22:00-da geri dönəcək.
Bəsrə və Kərbəla arasında sərnişin qatar biletinin qiyməti 7- 25 min dinar (5-22 dolar) təşkil edəcək.
Zəvvarlara xidməti podratçı şirkət həyata keçirəcək. Zəvvarları Kərbəla stansiyasından İmam Hüseyn (ə) və Həzrət Əbulfəzl Abbasın (ə) hərəminə daşımaq üçün avtobuslar xidmət göstərəcək.
Qeyd edək ki, İraqın Dəmir Yolları İdarə rəisi artıq sərnişin qatarının açılması ilə bağlı lazimi göstərişi verib. /maide.az/

Teqlər: iqna ، kərbəla ، bəsrə ، qatar
captcha