IQNA

6:53 - September 16, 2017
Xəbər sayı: 3482165
İran İslam Respublikasının ruhingiyalı müsəlman qaçqınlar üçün göndərdiyi humanitar yardımlar Banqladeşin inkinci böyük şəhəri "Çittaqonq" hava limanında boşaldıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Banqladeşə ezam etdiyi müxbirin verdiyi xəbərə görə, İran İslam Respublikasının ruhingiyalı müsəlman qaçqınlar üçün göndərdiyi humanitar yardımlar Banqladeşin inkinci böyük şəhəri "Çittaqonq" dəniz limanında boşaldıldı.

Qida və dərman məhsullarından ibarət humanitar yardımları İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları yerli vaxtla saat 16:45-də Banqladeşin inkinci böyük şəhəri "Çittaqonq"un "Həzrət Şah Amanat" hava limanına çatdırıblar və təyyarənin yükü 20:30-da boşaldılıb.

Hava limanında mətbuat konfransı təşkil edən iranlı heyət bildirib ki, müsəlman cəmiyyətləri birlik nümayiş etdirməlidir, bu vəzifəyə əsasən də İran və Banqladeş ruhingiyalı qaçqınlarla həmdərdlik edir.

İranın xarici işlər nazirliyinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur vurğulayıb: Myanmarlı müsəlman qaçqınların problemlərinin həlli və onların xilas olması üçün yolları müzakirə edirik. Və hazırda İİR-nın Qırmızı Aypara cəmiyyətinin həmkarları müvəqqəti "səhra xəstəxanası" tikilməsi üçün imkanları araşdırırlar.

O əlavə etdi: İranın göndərdiyi 40 ton humanitar yardım sentyabr ayının 16-da (bu gün) Çittaqonqun merinin iştirakı ilə "Nayks Barar" rayonunda müvəqqəti sığınacaqlarda məskunlaşan qaçqınlara çatdırılacaqdır.

http://www.iqna.ir/fa/news/3642150


Ad:
E-poçt:
* Comment:
* captcha: