IQNA

12:28 - September 18, 2017
Xəbər sayı: 3482175
Almaniyanın Gelsenkirçen şəhərində "Qədir-xum və qardaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, konfransda Gürcüstan, Azərbaycan, Türkiyə, İrak, və İrandan və eləcə də bir neçə Avropa ölkələrindən, Almaniyanın regionlarından din xadimləri və orda yaşayan müsəlmanlar iştirak edib.

İki hissədən ibarət konfransın rəsmi hissəsində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və ölkələrdən təmsil olunan din alimləri çıxış edərək "Qədir-xum" hadisəsinin mahiyyət, fəlsəfə, nəticə və önəmindən danışıblar. Dinimizin kamil olduğu hadisə ilə bağlı Quran ayələrini izah edib, hadisənin sırf bir tarixi hadisə olmadığını, bəlkə İslamın və bəşəriyyətin talehini həll edəcək önəmli missiya olduğunu vurğulayıblar.

Konfransda iştirak edən Gürcüstan "Alulbeyt" müəssisəsinin müdiri Hacı Faiq Nəbiyev iştirakçıları salamlayıb, dəvət və təşkil üçün təşkilatçı Almaniyada fəaliyyət göstərən İmam Əli (ə) adına islam mərkəzinin rəhbəri, İmam Cümə Hacı Məhəmməd Mücahidiyə təşəkkür etdi.

Sonda Gürcüstan din xadimlərindən olan Ramil Qəhrəmanov İmam Əli (ə) haqda ilə yazdığı şeiri oxudu.

Çıxışlar arası isə Əhli-beyt (ə) məddahları qəsidə, mədhiyyə və ilahilər səsləndirilib.

5 saat davam edən konfransın sonunda "Qədir-xum" və "Qardaşlıq" duası oxundu, mükafatlar təqdim olundu.

Almaniyada `Qədir-xum və qardaşlıq` mövzusunda beynəlxalq konfrans keçirilib

Almaniyada `Qədir-xum və qardaşlıq` mövzusunda beynəlxalq konfrans keçirilib

Almaniyada `Qədir-xum və qardaşlıq` mövzusunda beynəlxalq konfrans keçirilib

Ad:
E-poçt:
* Comment:
* captcha: